"Qarabağ"ın növbəti potensial rəqibi müəyyənləşdi
“Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci mərhələdə Cəbəllütariqin “Linkoln” klubunu mübarizədən kənarlaşdırsa, ikinci turda “Rakov” (Polşa) / “Flora”(Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun səfərdə olacaq.
İkinci mərhələnin ilk oyunları 25/26 iyul, cavab matçları 1/2 avqust tarixlərində keçiriləcək.