"Qarabağ"ın "Olimpiya" ilə oyunlarının dəqiq vaxtı müəyyənləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi oyunların dəqiq vaxtı müəyyənləşib.
Sportline.az xəbər verir ki, avqustun 24-də səfərdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionundakı oyun isə saat 20:00-da start götürəcək.