"Qarabağ"ın "Olimpiya" ilə oyunlarının hakimləri açıqlandı
“Qarabağ”ın Avropa Liqası pley-off mərhələsinin “Olimpiya” ilə Sloveniyada keçirəcəyi ilk oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.
Sportline.az xəbər verir ki, baş hakim Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov kömək edəcək. Radoslav Gidzhenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Avqustun 24-dəki oyun saat 22:00-da başlanacaq.
Bakıdakı görüşü isə ispaniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Alexandro Ernandes olacaq. Ona yan xətt hakimləri Xose Naranyo və Dieqo Sançes Royo kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.
Avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləck qarşılaşma saat 20:00-da başlanacaq.