"Qarabağ"ın oyunu bu kanalda

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq kanal bəlli olub.

Sportline.az xəbər verir ki, matç “CBC Sport” telekanalı vasitəsilə açıq yayımla nümayiş olunacaq. Sözügedən görüş telekanalın proqramında yer alıb.
 
Bu komandalar arasında avqustun 24-də Lyublyanada keçirilən matçın yayım hüququna malik olan “İdman TV” yalnız yalnız 69-cu dəqiqədən etibarən oyunu canlı təqdim etmişdi. Daha əvvəl "pley-off"un cavab görüşünün də "İdman TV"də yayımı nəzərdə tutulurdu.
 
Qeyd edək ki,  avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda  “Qarabağ”  2:0 hesabı ilə qalib gəlib.