"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Rakuv"u qəbul edəcək.

Sportline.az-a klubdan verilən məlumata görə, Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna 25 mindən çox bilet satılıb.

"Qarabağ" - "Rakuv" matçına satış üçün 30 min bilet ayrılıb.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlanacaq.