"Qarabağ"ın qapıçısı milliyə dəvət oluna bilər

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə dəvət ala bilər.

Bu haqda seçmə komandanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov məlumat verib.

Onun sözlərinə görə, 32 yaşlı qolkiperin "Qarabağ"ın heyətindəki uğurlu çıxışı məşqçilər korpusunun diqqətini çəkib.

Lunyovun xüsusi ilə Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı görüşlərdə qapısını toxunulmaz saxlaması vurğulanıb.

Qeyd edək ki, “Zenit” və Leverkuzen  “Bayer ”inin sabiq futbolçusu yay fasiləsində “Qarabağ”a azad agent kimi keçib.