"Qarabağ"ın rəqibi 34 yaşlı yarımmüdafiəçi aldı
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" hücum xəttini gücləndirib.
Sportline.az Cəbəllütariq klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Mandi Sosa heyətə cəlb olunub.
34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İspaniyada "Elçe", "Almeriya"da oynamış Mandi 2010-2012-ci illərdə "Real"ın B komandasında çıxış edib.
Xatırladaq ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.