"Qarabağ"ın rəqibi Bundesliqanın lideridir

Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Bayer" öz meydanında "Darmştadt"la qarşılaşıb. Oyun Leverkuzen klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Bayer" (Leverkuzen) -  "Darmştadt" - 5:1

Qollar: Boniiface, 21 (1:0), Vilhelmsson, 25 (1:1), Palasios, 49 (2:1), Boniiface, 61 (3:1), Hofmann, 67 (4:1), Hlozek, 83 (5:1)

Ardıcıl 3-cü oyununda qalib gələn "Bayer" 9 xalla liderdir. 2-ci pillədə olan "Bavariya"nın da xalı eynidir. 

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ilk oyununu 3-cü turda - oktyabrın 26-da səfərdə keçirəcək.