"Qarabağ"ın rəqibi məğlub oldu

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. "Kayserispor" öz meydanında "Fatih Karagümrük"lə qarşılaşıb. Oyunda qol olmayıb.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Sivasspor" isə evdə "Göztəpə"yə uduzub - 0:1.


30 noyabr

"Kayserispor" – "Fatih Karagümrük" - 0:0


"Sivasspor" – "Göztəpə" - 0:1
Qol:
 H.Akbunar, 80.

Qeyd edək ki, Superliqada turnir cədvəlinə 23 xala "Alanyaspor" başçılıq edir. "Fatih Karakümrük" və "Göztəpə" 14 xalla 7-8-ci yerləri bölüşür. "Sivasspor" 9 xalla 16-cı, "Kayserispor" 8 xalla 18-cidir.