"Qarabağ"ın rəqibi məğlub oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Linkoln” İspaniyada təlim-məşq toplanışındadır.

Sportline.az xəbər verir ki, Cəbəllütariq çempionu yoxlama görüşündə Şimali İrlandiya təmsilçisi “Linfild”lə 1-3 hesabı ilə uduzub.

“Linkoln” toplanış çərçivəsində İraq millisinə 1:2 hesabı ilə məğlub olduğu halda, İspaniyanın aşağı liqa təmsilçisi “Almunesar Siti”yə 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” “Linkoln”la iyulun 11-də səfərdə, 19-da isə Bakıda qarşılaşacaq.