"Qarabağ"ın rəqibində daha bir yoluxma

Türkiyənin “Sivasspor” klubunda daha iki nəfər koronavirusa yoluxub. 

Sportline.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bir futbolçunun və bir klub işçisinin COVİD-19 testinin pozitiv çıxdığı bildirilib. Yoluxanların adları açıqlanmasa da, komandanın yarımmüdafiəçisi Yasin Öztekin sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu bəyan edib. O, evində karantində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, "Sivasspor" Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparır.