"Qarabağ"ın rəqibindən yeni transfer

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi - "Olimpiya" heyəti yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Sloveniya klubu Portuqaliya "Kaza Piya"sından Diogu Pintunu transfer edib. 

Lyublyana təmsilçisinin rəsmi saytının yaydığı xəbərə görə 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiya"ya qarşı ilk oyununu avqustun 24-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.