"Qarabağ"ın rəqibləri müəyyənləşib
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışındakı sonuncu rəqibi də müəyyənləşib.
Sportline.az "Tema Sport"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək.
Yoxlama görüşü iyulun 4-də olacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriyada 3 sınaq matçı keçirəcək.
"Köhlən atlar" iyunun 27-də Macarıstan "Ferentsvaroş"u, iyulun 1-də isə Polşa "Legiya"sı ilə qarşılaşacaq.