"Qarabağ"ın səfər proqramı

UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq “Qarabağ”ın səfərdə keçirəcəyi ilk oyunun proqramı açıqlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu avqustun 23-də bu ölkəyə yollanacaq.

Komandanı aparacaq təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacaq.

Həmin gün ağdamlılar qarşılaşmanın baş tutacağı “Stojitse” stadionunda son məşqi keçirəcəklər. Məşq prosesi Bakı vaxtı ilə saat 21:30-a planlaşdırılıb. Bundan 15 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.