Qardaş boksçularımız dünya çempionatında mərhələ adladılar

Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yer alan idmançı şotlandiyalı Stiven Nyuns ilə üz-üzə gəlib. Görüş S. Əliyevin qələbəsi ilə yekunlaşıb - 5:0.

Beləliklə, o, 1/8 finala yüksəlib.

Digər boksçumuz Tayfur Əliyev də 1/16 final görüşünə çıxıb.

60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.