"Qəbələ" hazırlığa başladı

“Qəbələ” 2023/24 mövsümünün hazırlığına başlayır.

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib. 

Hazırlıq prosesi çərçivəsindəki ilk məşq yerli futbolçuların iştirakı ilə keçirilib.

Fiziki təmrinlər yerinə yetirən komandanın məşqi əsasən topsuz çalışmalardan ibarət olub.

Xatırladaq ki, iyulun 8-dək Qəbələdə hazırlıqda olacaq “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini Türkiyədə keçəcək.