"Qəbələ" "Qarabağ" qarşısına itkilərlə çıxacaq
“Qəbələ” Azərbaycan Premyer Liqasının 7-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir.
6-cı turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı 19:00-da başlanacaq.