“Sabah” “Araz-Naxçıvan”la bacarmadı, “Qəbələ” “Səbail”ə uduzdu
Azərbaycan Premyer Liqasında IX turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
İlk qarşılaşma Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Səbail”lə üz-üzə gələcək. Mövsümə uğurlu start verən “gəmiçilər” həm bu seriyanı davam etdirməyə, həm də Premyer Liqa çərçivəsində Qəbələdə ilk qələbəsini qazanmağa çalışacaq.
Günün ikinci matçı paytaxtda oynanılacaq. Uğursuz mövsüm keçirən “Sabah” gözlənilmədən liderlər qrupunda yer alan “Araz-Naxçıvan”ı qəbul edəcək. Yeganə qalibiyyətini I turda qazanan “Sabah” uğursuz seriyaya son qoymaq əzmindədir.
Qeyd edək ki, turun açılış oyununda “Zirə” “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” görüşləri oktyabrın 8-də keçiriləcək.
Premyer Liqa
IX tur
7 oktyabr
16:00. “Qəbələ” – “Səbail” 0-1
Qol: Rüfət Abdullazadə, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu
18:00. “Sabah” – “Araz-Naxçıvan” 1-1
Qol: Anatoli Nuriyev, 82 - İshak Belfodil, 76 (avtoqol)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”