"Qəbələ"də ayrılıq

"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard "qırmızı-qaralar"dan ayrılıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək Brardla "Qəbələ" arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

"Qəbələ" İdman Klubu Brarda futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Stenli Brard 2013-cü ilin aprel ayından "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi.

Banner