"Qəbələ"nin rəqibi məğlub oldu

Almaniya "Bundesliqa"sında 13-cü tura start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Cari mövsüm işləri qaydasında getməyən "Hamburq" Dortmund "Borussiya"sını qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

20 noyabr 2015
"Bundesliqa", 13-cü tur


"Hamburq" - "Borussiya Dortmund" 3:1
QOLLAR:
Pyer-Mişel Lasoqqa, 19/pen. (1:0); Levis Holtbi, 41 (2:0); Mats Hummels, 55/a.q. (3:0); Obameyanq, 86 (3:1)