"Qəbələ"nin sabiq baş məşqçisi: "Millinin heç kimə borcu yoxdur"

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Rusiya və Keniya arasındakı yoldaşlıq oyunundan gözləntilərini açıqlayıb.

Sportline.az SE-yə istinadla xəbər verir ki, Syomin Kamerundan fərqli olaraq Keniyanın heyətindən heç kimi tanımadığını bildirib.

“Millinin heç kimə borcu yoxdur. Komanda əvvəlki matçda yaxşı oynadı. Biz bu səviyyəni qoruyub saxlamalıyıq. Yaxşı oynayıb qalib gələcəklər. Kamerunla matç əsl bayram idi. Futbolçular və məşqçilər əladır, yaxşı iş gördülər. Keniya millisinin səviyyəsini qiymətləndirmək çətindir, onların heyətində kimin oynadığını bilmirəm. Kamerunda yaxşı səviyyəli oyunçular gördük, ən yaxşı futbolçular gəldi, amma Keniya haqqında məlumatım yoxdur" - deyə Syomin SE-yə açıqlamasında bildirib.

Qeyd edək ki, Rusiya millisi Keniya komandası ilə oktyabrın 16-da Antalyada, “Titanik Mardan” stadionunda üz-üzə gələcək.