"Qəribədir ki, rəqibin azarkeşlərinə Messinin niyə iştirak etmədiyini izah etməliyəm"
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino bildirib ki, komandanın hücumçusu Lionel Messi səhhətinə görə MLS-in "Çikaqo Fayr"la (1:4) matçda iştirak etməyib.
Sportline.az xəbər verir ki, mütəxəssis bununla bağlı açıqlama verib.
“Azarkeşlərin gözləntilərini başa düşürəm, lakin Messi kifayət qədər formada deyilsə, onu oynamağa məcbur edə bilmərik. Mənə çox qəribə görünür ki, məşqçi rəqib azarkeşlərə dünyanın ən yaxşı oyunçusunun niyə yoxluğunu izah etməlidir. Bunun səbəbi ABŞ-da yerləşməyimizdir. İstənilən yerdə rəqib azarkeşlər sakit olardılar. Amma burada əksinədir”, – deyə Marino bildirib.
Messi "İnter Mayami"nin ardıcıl dördüncü matçını buraxıb və Jordi Alba isə üçüncü oyunda iştirak etməyib.