"Qırmızı şeytanlar" milanlıları yoldan çıxara bilmədilər
İtaliyanın "İnter" klubu "Mançester Yunayted"in Andre Onana ilə bağlı təklifini qəbul etməyib.
Sportline.az Football İtalia nəşrinə istinadla xəbər verir ki, mançesterlilərin təklif etdikləri 40 milyon avro milanlıların ürəyincə olmayıb.
Onlar qarşı tərəfdən daha 20 milyon avro tələb ediblər.
İstəyindən əl çəkməyən "Mançester Yunayted"in kamerunlu qapıçı üçün yeni təklif hazırladığı bildirilir.
Qeyd edək ki, Onana son mövsümdə bütün turnirlərdə keçirdiyi 41 oyunda qapısından 36 top buraxıb.
O, 19 görüşdə qapısını toxunulmaz saxlayıb.