"Qırmızı şeytanlar" onu istəyir

"Mançester Yunayted" "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibo ilə maraqlanır.

Sportline.az xəbər verir ki, mankunianlar potensial transferin şərtləri ilə maraqlansalar da, hələlik rəsmi təkliflə çıxış etməyiblər. "Mançester Yunayted" Harri Maquayr komandadan ayrılacağı təqdirdə danışıqlara başlamağa hazırdır.

Todibo 2021-ci ildən "Nitsa"da çıxış edir. 23 yaşlı fransalı futbolçu ötən mövsüm komandanın heyətində 46 oyuna çıxıb, qol vurmayıb. "Transfermarkt" müdafiəçini 30 milyon avro qiymətləndirir.

Todibo əvvəllər "Barselona", "Benfika", "Şalke" və "Tuluza"da çıxış edib.