"Qırmızı şeytanlar"a daha bir zərbə

"Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka qeyri-müəyyən müddətə sıradan çıxıb.

Sportline.az xəbər verir ki, 25 yaşlı ingilis Premyer Liqanın 5-ci turunun "Brayton"la oyununda (1:3) bud nahiyəsindən zədə alıb. Futbolçu matçın 85-ci dəqiqəsində meydana əvəzlənib və final fitinə az qalmış zədələnib.

Futbolçunun sağalmasının dəqiq vaxtı daha sonra açıqlanacaq, lakin klubun tibbi heyəti artıq müdafiəçinin sağalması üçün bir neçə həftə vaxt lazım olduğunu müəyyən edib.