"Qırmızı şeytanlar"dan "İnter"ə daha bir cəhd
"Mançester Yunayted" Andre Onanı almaq üçün növbəti cəhdə hazırdır.
Sprotline.az xəbər verir ki, "mankunianlar" 39 milyon funt-sterlinq (təxminən 46 milyon avro) təklif etməyə və bonuslar əlavə etməyə hazır olduqlarını bildiriblər.
"İnter" qapıçını 50 milyon funt-sterlinq (demək olar ki, 59 milyon avro) dəyərində qiymətləndirir.
Daha əvvəl milanlılar Onanı 40+5 milyon avroya satmaqdan imtina etmişdilər.