"Qırmızı şeytanlar"ın son təklifi

“Mançester Yunayted” Meyson Mountun transferi ilə bağlı yekun sözünü deyib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “qırmızı şeytanar” “Çelsi” klubuna Meyson Mount üçün son təklif olaraq 55 milyon avro ödəyə biləcəklərini deyiblər.

Bu, “Mançester Yunayted”in mövzu ilə bağlı son təklifidir.

“Zadəgalar” isə futbolçu üçün 65 milyon avro tələb edirlər.

Meyson Mount ilə şəxsi razılıq əldə edən “qırmızı şeytanlar” “zadəganlar”ı razı sala bilmir. 

Qeyd edək ki, “Mançester Yunayted” bundan öncə futbolçu üçün 3 dəfə təklif göndərməsinə baxmayaraq razılıq əldə edə bilməyib.