"Qırmızı şeytanlar"ın transfer planı

"Mançester Yunayted" Andre Onanadan sonra Rasmus Heilund ilə maraqlanır.

Sportline.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, mankunianlılar kamerunlu qolkiperlə "5+1" sxemi üzrə müqavilə imzalayıblar. O, "İnter"dən 50 milyon avro və bonuslar qarşılığında gələcək .

Bu transferdən sonra "Yunayted" diqqətini "Atalanta"nın hücumçusu Heilundun transferinə yönəldəcək. Danimarkalı üçün hələlik rəsmi təklif olmayıb, lakin Berqamo klubunun təxminən 70 milyon avro tələb edəcəyi gözlənilir.