"Qırmızı şeytanlar"ın transfer planı

“Atalanta”nın hücumçusu Rasmus Haylund “Mançester Yunayted”ə keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, klub nümayəndələrinin cümə günü keçirilən iclasından sonra 20 yaşlı oyunçunun transferi ilə bağlı razılaşma çox yaxında bağlana bilər. Vasitəçilər keçidin son detalları üzərində işləyirlər.

Danimarkalının transferinin məbləğinin təxminən 70 milyon avro olacağı gözlənilir.