"Qırmızı şeytanlar"ın yeni forması

"Mançester Yunayted" 2023/24 mövsümü üçün qırmızı şeytandan ibarət üçüncü formasını təqdim edib.

Sportline.az xəbər verir ki, forma qırmızı detallarla ağ rəngdə təqdim olunur. Əvvəllər üç dirəkli gəmi olan klubun standart embleminin yerində indi komandanın ənənəvi simvolu olan qırmızı şeytanın təsviri var.

2022/23 mövsümünün sonunda komanda 38 oyundan 75 xalla Premyer Liqanı 3-cü pillədə başa vurub.