Qol sevinclərində itirilən vaxt oyuna əlavə ediləcək

Premyer Liqada qolların qeyd edilməsində itirilən vaxt oyunlara əlavə olunacaq.

Sportline.az xəbər verir ki, qolların qeyd edilməsində itirilən vaxt Premyer Liqanın qarşıdan gələn mövsümündə hakimlər tərəfindən ölçüləcək və sonra oyuna əlavə olunacaq.

Cərimə zərbələrinə və cəza ilə bağlı oyunun dayandırılmasına sərf olunan dəqiq vaxt da nəzərə alınacaq.

Mümkünsə, oyunçulara meydandan kənarda da kömək göstəriləcək. İstisnalar, qapıçının zədələnməsi və ya eyni komandanın oyunçularının toqquşması hallarıdır.