Qrem Potter "Lion"a keçir?
"Lion"un sahibi Con Tekstor "Çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter ilə danışıqlar aparır.
Sportline.az xəbər verir ki, hazırda klubsuz olan mütəxəssis Loran Blanı əvəz edə bilər.
48 yaşlı Potter 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə kimi "Çelsi"yə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 31 oyunda 11 məğlubiyyətlə üzləşib.
"Lion" Blanın rəhbərliyi altında 2023/23 mövsümünün ilk 4 turunda cəmi 1 xal toplayıb və Fransa çempionatının turnir cədvəlində sonuncu yerdədir.