Qrimaldo "Bayer"dən ayrılır - Yeni dayancaq Türkiyə ola bilər
"Bayer"in futbolçusu Alexandro Qrimaldo karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, yeni prezident Aziz Yıldırım ispaniyalı sol cinah müdafiəçisini transfer etməyi planlaşdırır.
Bu haqda jurnalist Ersin Düzen məlumat yayıb.
Qeyd edək ki, A.Qrimaldo bu mövsüm meydana çıxdığı 46 matçda 14 qol, 12 asistlə yadda qalıb.