Qriqorçuk: "İstənilən qələbə komandaya kömək edir"

“Hər bir oyunda qazanılan qələbə önəmlidir. İstənilən qələbə psixoloji cəhətdən komandaya kömək edir. Bu baxımından rəqibin fərqi yoxdur".

SportLine.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mil-Muğan"a 7:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O,  9 oyun idi qələbə qazana bilmədiklərini xatırladıb:

"9 oyundan 7-də biz istədiyimiz kimi oynamışıq. Yaxşı hücumlar qurmuşuq, sadəcə, qələbə qazana bilməmişdik. Düşünürəm ki, bu seriya “Mil-Muğan”la oyunla yekunlaşır. İstərdim ki, bu qələbə ilə başımıza gələn bütün pisliklərin “boynunu buraq".

Banner