Qrizmann Fransa millisinin baş məşqçisindən narazıdır
AVRO:2024-ün favoritlərindən sayılan Fransa millisinin düşərgəsində vəziyyət elə də ürəkaçan deyil.
Sportline.az xəbər verir ki, baş məşqçidən narazı futbolçuların sayı günbəgün artmaqdadır.
"Le Parisien"in yaydığı məlumata görə, onlardan biri komandanın liderlərindən sayılan Antuan Qrizmanndır.
Mənbənin bildirir ki, təcrübəli futbolçu məşqçinin Polşa ilə oyunda onu meydana buraxmamasından narazıdır.
Deşamın ona qarşı əvvəlki münasibətindən əsər-əlamət qalmadıı söylənilir.
Fransalı jurnalistlərin qənaətincə baş məşqçi Qrizmannı artıq əsas heyətin dəyişilməz üzvü saymır.