Qrizmann karyerası ilə bağlı qərarını açıqlayıb

Antuan Qrizmann “Atletiko Madrid”dən ayrılıdqdan sonra MLS-də çıxış etmək istədiyini deyib.

Sprotline.az Goal.com-a istinadla xəbər verir ki, fransalı futbolçu Səudiyyə Ərəbistanı liqasında oynamaq istəyərsən sualına “ Oraya gedən futbolçuları anlayıram. Kosmik təkliflər və yaxşı maaş fürsətidir. Amma, mən övladlarımı və ailəmi düşünürəm.

Bu səbəbdən də MLS-də çıxış etmək istəyirəm. Amerikada övladlarımla beyzbol oynamaq üçün kifayət qədər zamanım olacaq”, - deyə cavab verib.