Qurban Qurbanov: "Belə taktikanı gözləmirdik"

“Qələbə qazanmağımıza baxmayaraq, çox çətin oldu. Belə taktikanı gözləmirdik”. SportLine.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Kəpəz”lə keçirilən görüşdən sonra deyib. Rəqibin “beşli” müdafiəsinin onlar üçün gözlənilməz olduğunu qeyd edən mütəxəssis bunu Şahin Diniyevin sürprizi kimi dəyənləndirib: “Müdafiəni yarmaq çox çətin oldu. Yalnız oyunun sonuna 15 dəqiqə qalmış rəqib açıq oynamağa başladı. Bundan sonra əlimizə fürsətlər düşdü və biz növbəti qolları vura bildik”.

Banner