Qurban Qurbanov: “ İngiltərəli hakimə yaraşmayan qərar idi”
Avropa Liqasının 1/8 final mərhələsində mübarizəni dayandıran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hava limanında medianın suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, komandamızın baş məşqçisi hakimin qərarı ilə bağlı açıqlmasında:"İngiltərə Premyer Liqasında həmin epizodda, bəlkə də, heç cərimə zərbəsi təyin etmirlər. VAR dəvət etdi, ancaq yenə də söz sahibi baş hakim idi. Futbol mübarizə oyunudur. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”,-deyib.
Qeyd edək ki, Qurban Qurbanov əlavə olaraq yeni mövsüm üçün futbolçu axtarışlarına başladıqlarını və heyəti gücləndirəcəklərini bildirib.