Qutidən Bellinqem açıqlaması

"Real"ın sabiq yarımmüdafiəçisi Quti Madrid klubunun yarımmüdafiəçisi Cud Bellinqem haqqında danışıb.

Sportline.az xəbər verir ki, onun fikrincə, 20 yaşlı futbolçu Lionel Messi və Kriştiano Ronaldonun yerini tuta bilər.

"Madrid azarkeşləri Bellinqemi çox sevirlər, çünki o, həmişə "Real Madrid"ə getmək istəyirdi. Bellinqem heyrətamiz performans nümayiş etdirir. Taxt Vinisius, Mbappe və ya Haaland tərəfindən alına bilərdi, lakin Bellinqem Messi və Kriştianonun taxtının azad olduğunu anlayan yeganə şəxsdir və o, buna can atır”, – deyə "Goal" Qutinin sözlərini sitat gətirib.

Bellinqem bu yay "Borussiya Dortmund"dan "Real Madrid"ə keçib. Bu mövsüm yarımmüdafiəçi Madrid klubunun heyətində La Liqada 8 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə edib.