Qvardiola: "Alvares "Mançester Siti"yə çox dəyər gətirir"
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Xulian Alvarezi tərifləyib.
Sportline.az xəbər verir ki, Qvardiola bu barədə "BBC"yə danışıb.
"O, həmişə özünü yaxşı apardı - oynadı və ya oynamadı, dünya çempionu idi və ya yox. O, meydanda da, meydandan kənarda da eynidir. Keçən mövsümdə əla oynayan İlkay Gündoğan və Kevin de Bruyne vardı və indi Alvarez bizə çox dəyər verir. Ona görə də oynayır, amma öz üzərində işləməyə davam etməlidir. Onun oynamayacağı matçlar olacaq və o, buna hazır olmalıdır”, - deyə Qvardiola bildirib.
Hazırda 23 yaşlı argentinalı Premyer Liqada "Siti" ilə keçirdiyi 5 oyunun hamısında iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. Alvares Çempionlar Liqasında "Srvena Zvezda" oyununda da (3:1) iki dəfə fərqlənib.