Qvardiola: "Böyük problemimiz var"
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın Premyer Liqadakı təqvimi haqqında danışıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis hazırkı vəziyyətdən şikayətlənib.
“İndi bizim böyük problemimiz var. Təkcə bu oyunla yox, ümumiyyətlə. Hər bir menecer mənim yerimdə olsa, eyni sözləri deyərdi.Yunanıstanda səhər 4-də yatırdıq, sonra axşam 22-də oynayırdıq. Yunanıstanda 35 və ya 40 dərəcədə məşq keçirdik. Qayıtdıq, gec gəldik, sonra sabahkı oyunumuz var. Bu gün məşq edə bilmirik, çünki vaxtımız yoxdur” , - deyə Qvardiola bildirib.
Avqustun 17-də “Mançester Siti” UEFA Superkubokunda “Sevilya”ya qalib gəlib (1:1, penalti 5:4). Avqustun 19-da “şəhərlilər” Premyer Liqanın 2-ci turu çərçivəsində evdə “Nyukasl”la qarşılaşacaq.