"Qvardiola dünyanın ən yaxşıdır"

Mateo Kovaçiç Pep Qvardiolanı "dünyanın ən yaxşı məşqçisi" adlandırıb.

Sportline.az xəbər verir ki, "Mançester Siti"nin yeni transferi baş məşqçisini tərifləyib.

“Mən cəmi iki həftədir ki buradayam, ancaq siz dərhal görə bilərsiniz ki, Qvardiola nə axtardığı barədə aydın təsəvvürə malikdir. Bu başqa səviyyədir. Mən bura öyrənməyə gəlmişəm və düşünürəm ki, Pep dünyanın ən yaxşı məşqçisidir. Ondan öyrənmək çox gözəldir, xüsusən də yarımmüdafiəçi üçün" - deyə Kovaçiç bildirib.