Qvardiola futbolçusuna təpik atdı
Pep Qvardiola yoldaşlıq görüşündə əvəzləndikdən sonra Bernardo Silvanı zarafatla təpikləyib.
Sportline.az xəbər verir ki, "Mançester Siti" yoldaşlıq görüşündə "Yokohama"nı məğlub edib. Komanda 5:3 hesabı ilə qalib gəlib. Bernardo Silva fasilədən sonra meydana daxil olub və matçın 75-ci dəqiqəsində əvəzlənib.
Bernardo ehtiyat oyunçular skamyasına gedərkən Qvardiolanın yanından keçərkən "Mançester Siti"nin baş məşqçisi zarafatla yarımmüdafiəçini dizi ilə arxadan təpikləyib.
Qeyd edək ki, portuqaliyalı "Mançester Siti"də meydana daxil olan və ən azı bir yarı oynamayan yeganə oyunçu olub.