Qvardiola Palmeri buraxmayacaq

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA Superkubokunda "Sevilya"nı məğlub etdikdən sonra yarımmüdafiəçi Koul Palmerin icarəyə götürülməsini istisna edib.

Sportline.az xəbər verir ki, 21 yaşlı ingilis əsas vaxtda "şəhərlilər"in yeganə qoluna imza atıb.

"Palmer getmək istədi, amma indi nə olacağını bilmirəm. İcarəyə veriləcəyini düşünmürəm. O, qalacaq. Onun xarakteri var. Akuna kimi müdafiəçilərə qarşı oynamaq asan deyil. Bu, asan deyil, finaldır. O, gənc oyunçudur və çox yaxşı oynadı, fantastik qol vurdu” - deyə Qvardiola bildirib.