Qvardioladan Haaland açıqlaması
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlin Haalandın cari mövsümdəki çıxışından danışıb.
Sportline.az xəbər verir ki, Pep Erlinqi müdafiə edib.
“Onun qol vurmaq üçün çox şansları var idi. Amma cərimə meydançasında olan beş müdafiəçi ilə qarşılaşmaq asan deyil. Bu, təkcə Haaland üçün deyil, istənilən digər oyunçuya aiddir. Onun əldə etdiyi şanslara və vurduğu qollara nəzər salsanız, onun ötən mövsümlə eyni səviyyədə olduğunu görərsiniz”, - deyə Qvardiola bildirib.