Qvinsi Promes Rusiyaya qayıdır
Mart ayından bu yana Birləşmiş Ərəb Əmirliklərində saxlanılan "Spartak"ın hücumçusu Qvinsi Promes azadlığa buraxılıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 32 yaşlı niderlandlı futbolçunun geri qaytarılması məsələsi iki dövlətin nazirlikləri səviyyəsində həll olunmağa yaxındır.
Qeyd edək ki, daha əvvəl narkotik alışında təqsirli bilinən Promes, "Spartak" klubu BƏƏ-dən Rusiyaya qayıdarkən hava limanında saxlanılmışdı.