Rafael Varan karyerasını İtaliyada davam etdirə bilər

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Rafael Varan "Komo" klubu ilə danışıqlar üçün İtaliyaya yollanıb.

Sportline.az xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.

İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas 31 yaşlı müdafiəçini komandada görmək istəyir.

Varan 2021-ci ildən çıxış etdiyi Mançester klubunda ümumillikdə 95 oyunda meydana çıxıb və 2 qol, 1 asistlik performans göstərib.

Qeyd edək ki, "Komo' ötən mövsümü Seria B-də 2-ci pillədə tamamlayıb və elitada oynamağa haqq qazanıb.