Ramil Şeydayev Taylandda

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Buriram Yunayted"ə keçidini tamamlamaq üçün Taylanda yola düşüb.

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu bununla bağlı instaqram hesabında paylaşım edib.

2021-ci ilin yayından "Qarabağ"da çıxış edən Şeydayev klubla müddəti başa çatan müqaviləsini yeniləməyib. O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 35 oyunda 22 qol vurub.

Banner