Ramos tarixə düşdü

"Sevilya"nın müdafiəçisi Serxio Ramos 2014-cü ildən bəri Çempionlar Liqası matçında qol ötürməsi edən ən yaşlı futbolçu olub.

Sporline.az xəbər verir ki, 37 yaş 187 günlük olan ispaniyalı Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSV ilə matçda (2:2) məhsuldar ötürmə edib.

2014-cü ildə Tottinin hücumçusu Françesko Totti ÇSKA ilə matçda (5:1) məhsuldar ötürmə edib. Həmin vaxt forvardın 37 yaş 355 günlük yaşı var idi.