"Real" Ardanı alsa, gülər...

"Real Madrid" Arda Güləri heyətinə qatmağı düşünür.

Sportline.az xəbər verir ki, Madrid klubu "Fənərbağça"nın yarımmüdafiəçisi ilə maraqlanır, lakin əsas problem futbolçuya əsas komandada oyun təcrübəsini təmin etməkdə çətinlik çəkməsidir.

Eyni zamanda 18 yaşlı yarımmüdafiəçini transfer etmək üçün "Barselona"nın da ciddi səyləri var.

Əvvəllər deyilirdi ki , Güləri almaq üçün "Milan" ən yaxşı şansa malikdir . Transfer 17,5 milyon avroya başa gələcək.